Qonşusunu qətlə yetirən şəxs tutuldu - Bakıda


15:59     15 Yanvar 2018 bicaq5.jpg

Bakıda qətl törədən şəxs tutulub.


Femida.az Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Yasamal rayonu, Xıdır Mustafayev küçəsində, 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğluna qonşusu, 1960-cı il təvəllüdlü Vidadi Dilavər oğlu Rzayev tərəfindən ölümlə nəticələnən çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Vidadi Rzayev şübhəli şəxs qismində tutulub.

Hazırda başlanmış cin ayət işi üzrə zəruri istintaq hərəkətlərə davam etdirilir.

Femida.az

Açar sözlər: qonşu   bıçaq   Bakı   femida.az  

Oxunub: 968