Ermənistanda yeni prezident və baş nazir bu tarixdə seçiləcək


17:04     15 Yanvar 2018 18_01_15_1516006981.jpg

Ermənistan prezidenti Serj Sarkisyan Parlament rəhbərliyi ilə görüşüb. Femida.az-ın məlumatına görə, Görüşdə qərara alınıb ki, baş nazirin idarə etdiyi dövlət idarə üsuluna keçməyə hazırlaşan ölkədə prezident seçkiləri 9 mart, baş nazir seçimi isə 9 aprelə qədər yekunlaşsın.



Sarkisyanın yeni sistemdə prezident olmayacağı dəqiqləşib. O, yerinə gələcək şəxsin parlament tərəfindən dəstəklənən biri olmasının vacibliyini qeyd edib.

Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov bildirib ki, namizədlər fevralda müəyyənləşdirilməlidir.

Qeyd edək ki, qaydalara görə, yeni prezident heç bir partiyanın üzvü olmamalıdır.

Femida.az

Açar sözlər: Ermənistan   Sarkisyan   Şarmazanov   femida.az  

Oxunub: 1494