Müəmmalı intihara cəhd - HƏKİM DANIŞDI


17:26     07 May 2015 1422283854_dsc06676_0.jpg

20 yaşlı İsmayıl Cəfərovun dərman qəbul edərək intihara cəhd etməsi ilə bağlı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından açıqlama gəldi.


Xəstəxananın reanimatoloqu Suliddin Musayev Gəncə şəhər sakini İsmayıl Cəfərovun zəhərlənmə səbəbi ilə bağlı Femida.az-a açıqlama verib.

“İsmayıl Cəfərov xəstəxanaya huşsuz halda gəlmişdi. Dedilər ki, içki içib. Bizdə onun nədən zəhərləndiyini təyin edən oparatura yoxdur. Ona görə dəqiq bilmirik. Qeyri-müəyyən etialogiyalı komatoz (səbəbi məlum olmayan) diaqnozu qoymuşduq. İndi vəziyyətləri yaxşıdır, evə buraxılıb”.

Qeyd edək ki, İsmayıl Cəfərovun ailəsi intihara cəhdi inkar edir. Bundan əvvəl ailədən adının hallanmasını istəməyən şəxs redaksiyamıza bildirib ki, İsmayıl Cəfərov intihar məqsədi ilə hər hansı bir dərman qəbul etməyib:

“İntihar etmiyib yeməkdən zəhərlənib. Yoluna qoyduq. İntihar deyil. İndi sağlamdır”.

Daha sonra qardaşı Nurlan Cəfərovla əlaqə saxladıq. O bildirdi ki, zəhərlənmənin səbəbini bilmir.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 620