Kimlər gəlir vergisindən azaddır? - Hüquqi yardım


16:10     22 Noyabr 2019 femida8.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Araşdırmamız gəlir vergisinin kimlərdən tutulması ilə bağlıdır.

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində aşağıdakı müddəa mövcuddur:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər gəlir vergisindən azaddırlar, bir şərtlə ki, onlar mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmasınlar.

Belə bir sual yaranır:

Burda məskunlaşmaq və ayrıca mənzil sahəsi əldə etmək dedikdə nə nəzərdə tutulur? Rəsmi qeydiyyat, yoxsa mülkiyyət hüququ?

Yuxarıdakı suallarla bağlı hüquqşünas mövqeyi aşağıdakı kimidir:

"Qeydiyyat icazə xarakteri daşımadığı üçün məskunlaşma kimi yozula bilməz. Qeydiyyat əqdə deyil, razılığa əsaslanır. Qeydiyyat məskunlaşmaq üçün deyil, dövlətlə bağlılığı müəyyən etmək üçün vacibdir. Məskunlaşma qeydiyyata əsas verir, qeydiyyat isə özlüyündə məskunlaşmaya əsas vermir".

Femida.az

Açar sözlər: #Qeydiyyat  

Oxunub: 3822