“Azərişıq”a ən çox nədən şikayət gəlir?


19:09     15 Yanvar 2018 isiq.jpg

2017-ci il ərzində “Azərişiq” ASC-yə daxil olmuş elektron müraciətlər qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə ASC-nin Baş İdarə və Regional Enerji Təchizatı və Satışı İdarələrində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb.



“Azərişiq”dan Femida.az-a verilən məlumata görə, müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diqqətlə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq tədbirlər həyata keçirilib.

Aparılmış analitik araşdırma nəticəsində məlum olub ki, ən çox vətəndaşların müraciətləri gərginliyin aşağı olması ilə bağlı olub (30,8 %). “Azərişıq” ASC-nin rəsmi internet səhifəsindən son bir il ərzində 6604 elektron müraciət daxil olub ki, bütün müraciətlər qısa müddət ərzində “Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən araşdırılıb icra edilib. Qeyd edək ki, 2016-cı ilin analoji dövründə 5477 müraciət daxil olub.

Qeyd edək ki, istehlakçılar müraciətlərini “Azərişiq” ASC-nin www.azerishiq.az rəsmi internet səhifəsinin “Elektron Müraciət” bölməsinə daxil olaraq onları maraqlandıran sual, təklif, sorğu və şikayəti internet vasitəsi ilə ünvanlaya bilərlər. Müraciətlərin qəbul olunması barədə istehlakçılara dərhal məlumat veriləcək.

Bundan əlavə, istehlakçılar ASC-nin 199 nömrəli “Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.

Femida.az

Açar sözlər: Azərişıq   şikayət   femida.az  

Oxunub: 1585