Ötən il 23 erməni hərbçisi intihar edib


19:44     15 Yanvar 2018 Ermeniesgeri.jpg

“Ötən il ərzində Ermənistan ordusunun hərbi hissələrində 113 rüşvət faktı qeydə alınıb”.


Femida.az xəbər verir ki, bunu “Yerkir Sirani” partiyasının lideri, keçmiş deputat Zarui Postancyan deyib. Onun sözlərinə görə, qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı 59 nəfər olub. Onlardan 23-ü intihar, digərləri isə qəza və sui-qəsddir.

“Belə halların artmasının əsas səbəbi hərbi sahədə hökm sürən hərc-mərclikdir. Mövcud siyasi sistem ölkəni məhvə doğru aparır. Vətəndaşlar ayağa qalxaraq hökumətə etiraz etməlidirlər. Əks təqdirdə, Ermənistanda hökm sürən vəziyyət həllini tapmayacaq. Əksinə, büdcənin boşalması fonunda artan dövlət borcları, miqrasiya sosial-iqtisadi partlayışla nəticələnəcək”, - deyə Postancyan vurğulayıb.

Femida.az

Açar sözlər: Erməni   İntihar  

Oxunub: 517