İran prezidenti Bakıya gəlir - Səfərin tarixi məlum oldu


20:18     15 Yanvar 2018 hasan%20ruhani-interaztvcom_2.jpg

İran prezidenti Həsən Ruhani bu ilin mart ayında Azərbaycana səfər edəcək.


Femida.az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfər Novruz bayramından bir həftə sonra, martın 29-da gözlənilir.

Qeyd edək ki, İran prezidentinin səfəri zamanı siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrinə aid məsələlər müzakirə olunacaq. Bundan əlavə səfər zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 325