Bolqarıstanın Baş naziri Bakıya gəlib


20:27     15 Yanvar 2018 2018/01/Boyko-Borisov_1515763808.jpg

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov yanvarın 15-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.


Femida.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Boyko Borisovu hava limanında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və digər rəsmi şəxslər qarşıladılar.

Femida.az

Açar sözlər: Bolqarıstanın   Nazir   Bakı   Səfər  

Oxunub: 833