Ev üstündə doğmalar düşmən oldu - Daha bir ailə qalmaqalı


21:46     15 Yanvar 2018 18_01_15_1516022947.jpg


Femida.az hüquqi məsələlərlə bağlı yaşanan çəkişmələri işıqlandırmaqda davam edir. Bu dəfəki mövzumuz vərəsəlik hüququ ilə bağlıdır. Dilbər Pudovkina adlı xanım atasının ailəsinin atıb getməsi ilə başlayan hadisəni belə şərh edir:


“Mən, anam və qardaşımla birlikdə atamın atasının evində yaşamışıq, hazırda orada yaşamasaq da, orada qeydiyyatdayıq. 2000-ci ildə atam bizi atıb Moskvaya gedəndən sonra nənəm və bibim bizi həmin evdən qovdu. Amma anam məhkəməyə müraciət edərək orada qeydiyyata düşdü. Məhkəmə yolu ilə orda yaşamaq hüququmuz bərpa olundu. Amma nənəm ve bibimlə bir evdə yaşaya bilmədiyimiz üçün evdən çıxdıq. 2000-2015-ci illərdə davamlı olaraq bizi məhkəməyə verib qeydiyyatdan cıxarmağa calışırdılar. Amma həmişə biz qalib gəlirdik. Bütün məhkəmə qətnamələri də var. 2013-cü ildə atam, 2015-ci ildə isə babam rəhmətə getdi. Ev babamın adına olduğundan məhkəmələr bitdi. Bibim və nənəm vərəsəlik hüququndan istifadə edib evi bibimin adına keçirdilər. İndi biz nə edə bilərik? Evdən bizə hər hansı pay düşürmü?

Hüquqşünas Loğman Abdullayev bildirib ki, ailə artıq pay almaq üçün gecikib:

“Hesab edirəm ki, iki səbəbə görə xanımın və ailəsinin o miras əmlakında payı yoxdur. Birincisi ata qanun üzrə birinci növbə vərəsə miras qoyandan əvvəl öldüyünə görə, ikincisi də şikayətçilər nə faktiki olaraq, nə də ki şəhadətnamə üçün vaxtında müraciət etməyib.

Baba rəhmətə gedəndən sonra bibi mirası faktiki vərəsə kimi qəbul edib. Əgər bibinin qanun üzrə vərəsələri varsa, heç yorulmağa dəyməz. Oradan pay almaq mümkün olmayacaq. Əgər növbə üzrə övladların hüququ varsa, müraciət etməyə dəyər. Amma hər halda mirası kimin qəbul etməsindən asılı olmayaraq, yaşayış və istifadə hüquqlarınızı gündəmə gətirmək işə yaraya bilər”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: hüquq   ev   mənzil   femida.az  

Oxunub: 1120