“Türk axını” donduruldu


19:34     11 Sentyabr 2015 Tanap_Guney_Akim_Boru_Hatlari.jpg

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin müşaviri Səfa Sadiq Aytəkin “Türk axını” layihəsinin dondurulduğunu açıqlayıb.


Femida.az xəbər verir ki, nazirlik rəsmisi Rusiyanın şərt irəli sürdüyünü deyib:

“Rusiya ilə danışıqlar bu vəziyyətdə çox çətin hal alıb. Ruslar BOTAŞ və Qazprom arasındakı qiymət endirimi müzakirələrini “Türk axını”na ön şərt olaraq ortaya qoydu. Biz isə bunu bir başlanğıc nöqtəsi olaraq düşünmüşdük. İyun ayındakı seçkilərdən sonra da Türkiyədə hökumət qurulması mövzusunda bir irəliləmə baş vermədi. Buna görə də danışıqlar dondurulub. Tərəflər masadan qalxdı, demirəm, sadəcə, danışıqlar donduruldu”.

Açar sözlər:

Oxunub: 811