AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib


23:46     15 Yanvar 2018 2018/01/amea-reyaset-heyyeti_1516024749.jpg

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.


Femida.az-ın xəbərinə görə, AMEA Kimya Elmləri Bölməsinin 2017-ci ildəki elmi fəaliyyəti haqda akademiyanın vitse-prezidenti, bölmənin akademik-katibi Dilqəm Tağıyev məruzə ilə çıxış edib. Akademik bildirib ki, ötən ildə bölmə müəssisələrində 12 problemə aid 43 mövzu üzrə tədqiqat işləri aparılıb və 5 mövzu tamamlanıb: "Bölmənin institutlarında 19 Azərbaycan və 3 Avrasiya patenti alınıb".

D. Tağıyevin sözlərinə görə, Kimya Elmləri Bölməsinin tərkibində 12 həqiqi və 18 müxbir üzv, 108 elmlər doktoru və 305 fəlsəfə doktoru fəaliyyət göstərir.

Məruzə dinlənildikdən sonra hesabat təsdiq olunub.

İclasda AMEA-nın Gəncə Bölməsinin 2017-ci ildəki elmi fəaliyyəti haqda da hesabat dinlənilib. Bölmənin sədri, akademik Fuad İsmayılov qeyd edib ki, hesabat ilində bölmə institutlarında 6 problemə aid 23 mövzu üzrə 27 iş və 23 mərhələni əhatə edən tədqiqatlar aparılıb, 2 mühüm nəticə əldə olunub. F. İsmayılov hesabat dövründə elm və təhsilin inteqrasiyası sahəsində görülən işlərdən də danışıb.

Rəyasət Heyəti AMEA-nın Gəncə bölməsinin 2017-ci üzrə elmi fəaliyyətə dair hesabatını qəbul edib.

Femida.az

Açar sözlər: AMEA   İclas  

Oxunub: 608