İtaliyada pulsuz oxumaq istəyənlərə ŞANS


23:15     15 Yanvar 2018 italiya%20sefirliyi.jpg

Azərbaycan bu il də İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən həyata keçirilən, İtaliyada təqaüdlə magistr pilləsində təhsil almaq imkanı yaradan “İnvest your talent in İtaly” təqaüd proqramı çərçivəsində seçilmiş az saylı ölkələr arasındadır.



İtaliyanın Azərbaycandakı səfirliyindən Femida.az-a bildirilib ki, 2018-2019-cu tədris ili üzrə “İnvest your talent in İtaly” proqramında iştirak etmək istəyən tələbələr 2017-ci il dekabrın 18-dən 2018-ci il fevralın 28-dək online müraciət göndərə bilərlər. Bu barədə İtaliya Səfirliyinin rəsmi saytında ətraflı məlumat əldə edə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan proqramın həyata keçirilməyə başladığı ilk 2016-2017-ci tədris ilindən etibarən seçilmiş ilk 10 ölkə sırasında yer alıb. 2017-2018-ci tədris ilində layihəyə daxil edilən ölkələrin sayı 13, 2018-2019 təhsil ilində isə 15 təşkil edir.

2016-2017-ci illərdə Azərbaycan üzrə 6 tələbə 9 aylıq təqaüd qazanıb və cari 2017-2018-ci tədris ili üzrə həmin təqaüdlər yenilənib. Bundan əlavə, 2017-2018-ci tədris ili üzrə əlavə olaraq 7 Azərbaycanlı tələbə təqaüd proqramına daxil edilib.

Nəzərə çatdıraq ki, proqram çərçivəsində tələbələr İtaliyanın yüksək reytinqli universitetlərində ali təhsil imkanından əlavə, İtaliya şirkətlərində təcrübə keçmək fürsətini əldə edir. Layiqli tələbələr üçün təqaüd ödənişindən əlavə, universitet ödənişinin azaldılması və ya ödənişdən azad edilməsi, müxtəlif xidmətlərdən yararlanmaq və tutorinq imkanı “İnvest your talent in İtaly” proqramını zənginləşdirən məqamlardan biridir.

Femida.az

Açar sözlər: İtaliya   Təhsil   Proqram  

Oxunub: 1419