Qadın hüquqlarının müdafiəsi gücləndirilir
22:05 15 Yanvar 2018
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya hökumətinin GİZ tərəfindən həyata keçirdiyi Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı qadın hüquqlarının müdafiəsi istiqamətində birgə vacib maarifləndirmə tədbirləri keçirirlər.
Komitədən Femida.az–a verilən məlumata görə, regionlarda yerli qərarvermə prosseslərində gender bərabərliyinin təmin edilməsi və qadın bələdiyyələrin təlimləndirilməsi məqsədilə seminarlar və dəyirmi masalalar keçirilir.
“Komitə ilə GİZ-in birgə əməkdaşlığı nəticəsində yerli siyasətdə təmsil olunan qadınlar üçün “Liderlik təlimatı” adlı vəsait hazırlanmışdır. Təlimat bələdiyyələrdə, yerli icra hakimiyyəti orqanlarında, özəl şirkətlərdə çalışan qadınlara şəxsi keyfiyyətlərini inkişaf etdirərək irəli çəkilməsinə dəstək edir. Liderlik təlimatı ali təhsil ocaqlarında təhsil alan tələbələrə və elmi araşdırma sahələrində fəaliyyət göstərən alimlərə yardımçı ola bilər. Liderlik təlimatı təlimçilər üçün faydalı olacaq”.
Məlumatda bildirilib ki, təlimatda liderlik, liderliyin tərzləri, liderlik xüsusiyyətləri, qadın hüquqları, yerli səviyyədə qadın iştirakçılığı, təşviqat və ictimai məlumatlandırma, hüquqi mexanizmlər, praktik məşğələ-liderlik dəyərləri və digər məsələlər əks olunub.
“Təlimatın müəllifləri isə ADA Universiteti fondunun prezidenti Natiq Hacıyev, Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatının eksperti (Cənubi Qafqazda Yaxşı Yerli Özünü İdarəetmə Proqramı) Fidan Qasımova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri, Hüquq elmləri üzrə Fəlsəfə Doktoru Elgün Səfərovdur. Təlimatın hazırlanmasında Almaniyanın Federativ Respublikasının, Fransanın, Böyük Britaniyanın və digər dövlətlərin müsbət təcrübəsi istifadə edilib”.
Femida.az
Oxunub: 890
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- "Tərtər işi" ilə bağlı hüquqşünas da saxlanıldı
- Bu şəxslərin sürücülük hüququ əlindən alınacaq
- Ukrayna rəsmisi: "2029-cu ildə Aİ-yə tamhüquqlu üzv olacağımıza ümid edirik"
- Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılır
- Rusiyada çalışan Azərbaycan vətəndaşlarının pensiya hüququ tanınacaq
- Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb
- “Almaniya vizası” adı ilə vətəndaşları aldadan kimdir – ŞİKAYƏT
- ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırılıb