Karate Federasiyasına yeni baş katib təyin olundu


23:56     15 Yanvar 2018 2018/01/mirhesen-seyidov_1516031828.jpg

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə yeni təyinat olub.



Femida.az Federasiyaya istinadən xəbər verir ki, AMKF-in idarə heyətinin qərarı ilə bu vəzifəyə “İrəli” İctimai Birliyinin (İB) sədri Mirhəsən Seyidov təyin edilib.

Bundan əvvəl baş katib vəzifəsində çalışmış Mircabbar Seyidov baş katibin məsul katibi kimi xidmət edəcək. Yeni formalaşmış katiblik ümumi formada federasiyanın fəaliyyətinin daha da sürətləndirilməsinə və yeni nəticələrin əldə olunmasında yaxından iştirakına çalışacaq.

Ümumilikdə federasiyanın, katibliyin işlərinə rəhbərliyi Mirhəsən Seyidov edəcək.

Femida.az

Açar sözlər: Karate   Federasiya  

Oxunub: 1161