Axtarışda olan 7 nəfər tutuldu


00:21     16 Yanvar 2018 polis.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 79 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 7 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: DİN    

Oxunub: 577