Müdafiə naziri: “Dilənçi sən özünsən...” - Düşmən ordusunda biabırçılıq


01:08     16 Yanvar 2018 18_01_15_1516036273.jpg

Ermənistan müdafiə naziri Vigen Sərkisyan Qarabağda zabit tərəfindən açılan atəşlə başından ağır yaralanmış keçmiş əsgər, 21 yaşlı Albert Dəlləkyanın xaricdəki müalicəsi üçün özünün Facebook hesabında pul yığma aksiyasına başlayıb.

Femida.az xəbər verir ki, Virtualaz.org epress.am-a istinadən məlumatına görə, müdafiə naziri əsgərin başında mürəkkəb cərrahiyə əməliyyatına ehtiyac olduğunu, bu əməliyyatın Ermənistanda da aparıla biləcəyini, lakin xaricdə həkimlərin bu sahə üzrə daha təcrübəli olduqlarını bildirir.

Dəlləkyanın anası oğlunun xaricdə müalicəsinin təşkili üçün aylardır Müdafiə Nazirliyindən kömək istəyirdi və rədd cavabı alırdı. Nəhayət müdafiə naziri müraciətə cavab verib, amma vəsait olmadığı üçün özünün Facebook hesabında pul dilənmə aksiyası keçirməklə.

Ermənistan İstintaq Komitəsinin bildirdiyinə görə əsgər Dəlləkyan 2016-cı ilin iyununda təmas xəttinin Xocavənd (Hadrut) istiqamətində bölük komandiri, leytenant Avaq Nahapetyanın “silahla davranma qaydalarını pozması” nəticəsində yaralanıb. İş üzrə istintaq davam edir, əsgərə atəş açan zabit hələ xidmətdədir. Dəlləkyanın isə beyni dağılıb və əlil olub. Müdafiə Nazirliyi onun xaricdə müalicəsi üçün pul ayırmaq səlahiyyətinin olmadığını bildirib. Səhiyyə Nazirliyi də əsgərin anasına rədd cavabı verib. Əməliyyatı Ermənistanda etməyi təklif edib.





Nəhayət müdafiə naziri “humanist addıma” əl ataraq özünün Facebook səhifəsində əsgə üçün pul yığma aksiyasına başlayıb. Vigen Sərkisyan bildirib ki, o və dostları müalicə üçün lazım olan 45 min dolların 10 faizini ciblərindən verir. “Kimin imkanı varsa bu pul yığma aksiyasına qoşulsun və Albertin ailəsinə zərurri vəsait yığılsın. Hətta mənim bu çağırışım belə kömək edə bilər. Allah Alberti, bütün qəhrəmanlarımızı, xalqımızı saxlasın”-müdafiə naziri bildirib.

Lakin sosial şəbəkə istifadəçiləri Vigen Sərkisyanı ələ salmağa başlayıblar. İstifadəçilər maraqlanıblar: nazirin bu cür pul yığması nə dərəcədə normaldır? Petros Sərkisyan adlı istifadəçi yazıb: “1000 dramlar qurtardı, yoxsa bu dilənçiliyin təzə yoludur?”

“Dilənçi sən özünsən”-müdafiə naziri həmin istifadəçiyə cavab yazıb.

Xatırladaq ki, Ermənistanda işləyən hər vətəndaş döyüş bölgəsində yaralanan və ya ölən əsgərlərə görə kompensasiya ödənilməsi üçün yaradılan xüsusi fonda hər ay 1000 dram (2 dollara yaxın) pul ödəməlidir. Bu fondun yaradılması hakimiyyət tərəfindən dilənçilik kimi qiymətləndirilib və tənqid olunub.

Açar sözlər: Ermənistan   Qarabağ   Sarkisyan   Femida.az    

Oxunub: 2540