Sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək
01:35 16 Yanvar 2018
“Sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək. Azərbaycanın “Buta Airveys” şirkəti birinci reysi icra edəcək. Bu da çox əlamətdar hadisədir. Bu reys əlbəttə ki, insanları bir-birinə daha da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına təkan veriləcək və bir sözlə, Bolqarıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcək”.
Femida.az -ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Bolqarıstan baş naziri Boyko Borisovla birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, iki ölkə humanitar sahədə də əməkdaşlığı dərinləşdirir: “Azərbaycanda Bolqarıstanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına çox böyük maraq var. Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasındakı ünsiyyət bizim dostluğumuzu daha da möhkəmləndirir və möhkəmləndirəcək”.
Femida.az
Oxunub: 886
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib