Gürcustan Milli Qvardiyasının sabiq komandanı qətlə yetirilib


02:19     16 Yanvar 2018 18_01_15_1516040421.jpg

Gürcustan Milli Qvardiyasının sabiq komandanı, eks-deputat Samson Kutateladze qətlə yetirilib.


Gürcüstan mətbuatının verdiyi xəbərə görə, insident Rustavi şəhərində qeydə alınib. S.Kutateladzenin başından güllələnərək öldürüldüyü məlum olub.

Məlumata əsasən, istefaya çıxdıqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan S. Kutateladze Rustavi bazarlarının birinin sahibi olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 514