Lerikdə maşın dərəyə aşdı - Yaralıların adları açıqlandı (YENİLƏNİB)


13:52     16 Yanvar 2018 2018/01/xestexana-yarali_1516083005.jpg

Lənkəran-Lerik yolunda yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, Lerik rayonunun Xamarmeşə kəndində rayonun Nodar kənd sakini Teymur Norxan oğlu Zərbiyev hərəkətdə olan avtomobilinin sükanı arxasında yuxulayıb. Avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb.

Nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bunlar Lerik rayon sakinləri - 1953-cü il təvəllüdlü Norxan Bəhlul oğlu Zərbiyev, 1977-ci il təvəllüdlü Teymur Norxan oğlu Zərbiyev, 1959-cu il təvəllüdlü Aygün Məmmədhüseyn qızı Kişiyeva, 1986-cı il təvəllüdlü Adoğlan İbadət oğlu Əliyev və 1977-ci il təvəllüdlü Şəhla Ənvər qızı Zərbiyevadır.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Femida.az

Açar sözlər: Qəza   Yaralı   Lerik  

Oxunub: 1042