Bakıda dəhşətli anlar: Dilənçi qadın evakuatorun altında öldü


13:53     16 Yanvar 2018 18_01_16_1516082166.jpg

Bakının Nərimanov rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Abdullayeva Ruhiyyə dilənçiliklə məşğul olan zaman onu yüksək sürətlə hərəkət edən “188” evakuasiya xidmətinə məxsus “İsuzu” markalı avtomobil vurub. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər: Dilənçi   Femida.az    

Oxunub: 1178