Bu il də diaqnostik qiymətləndirmə imtahanı olacaq
14:32 16 Yanvar 2018
2018-ci ilin birinci yarısında ölkədə fəaliyyət göstərən ilk-peşə ixtisas təhsili üzrə müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin davam etdirilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ötən ilin əvvəllərində ilk peşə-ixtisas təhsili müəssisələri üzrə bütün ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi təşkil edilib və həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb olunub.
2017-ci ilin sonunda isə rasionallaşdırılmış peşə təhsili müəssisələri üzrə Bakı və Gəncə şəhərlərində, Qəbələ rayonunda yaradılmış 14 dövlət peşə təhsil mərkəzinin 300-ə qədər mühəndis-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi keçirilib.
51 peşə-ixtisas istiqaməti üzrə tədris etdikləri ixtisaslara müvafiq ali və ya orta ixtisas təhsilli fənn müəllimləri və istehsalat təlimi ustalarının diaqnostik qiymətləndirilmədə iştirakına şərait yaradılıb. Diaqnostik qiymətləndirmənin bu mərhələsində daha çox “Aşpaz”, “Kompüter ustası”, “Avtomobil təmiri çilingəri”, “Dərzi”, “Geyim üzrə dizayner”, “Əl elektrik qaynaqçısı” ixtisasları üzrə mühəndis-pedaqoji heyət iştirak edib, ixtisas və metodika sahəsində sualları cavablandırıb.
Nəticələrdən asılı olaraq mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsi ilə əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.
Femida.az
Oxunub: 6117
Oxşar xəbərlər
- Diaqnostik qiymətləndirilmədən keçən peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı artırılıb
- Azərbaycanda 9 rayonun mərkəzi xəstəxanası diaqnostika mərkəzləri ilə birləşdirilir
- Füzuli Diaqnostika Mərkəzinin direktoru saxlanılmayıb - AÇIQLAMA
- Koronavirusun laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib
- Bu gündən psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır
- Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək
- Özünü 5-ci mərtəbədən atan xəstə ilə bağlı RƏSMİ AÇIQLAMA
- Diaqnostika Mərkəzində baş verən intiharla bağlı cinayət işi başlanıb
- Müəllimlərin diaqnostikası yeni qaydalarla aparılacaq
- Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları - Məbləğ AÇIQLANDI