Şah Abbas Karvansarayı istifadəyə veriləcək


14:49     16 Yanvar 2018 2018/01/15160325241730321624_1000x669_1516085680_1516085972.jpg

Gəncədə orta əsrlərdə inşa edilmiş tarixi tikililərin ümumi cəhətlərini və memarlıq xüsusiyyətlərini özündə əks etdirən Şah Abbas Karvansarayında aparılan bərpa işləri bu il başa çatacaq.


Femida.az xəbər verir ki, XVII əsrin tarixi yadigarı olan Şah Abbas Karvansarayı elmi əsaslarla bərpası məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ilk dəfə 2011-ci ildə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutuna sifariş verilib.

Elə həmin il institutun layihələndirməsi əsasında “İnşaat, təmir-tikinti və istehsal müəssisəsi” MMC tərəfindən abidədə bərpa işlərinə başlanılıb. Ötən müddətdə karvansarayın çatma tağlı, kirəmitli dam örtüyü dəyişdirilib, fasadın uçmaq təhlükəsində olan sağ divarı bərpa edilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb.

Ümumi sahəsinə görə Azərbaycan ərazisində ən böyük ticarət və mehmanxana mərkəzlərindən olan Şah Abbas Karvansarayın istifadəyə verildikdən sonra burada müxtəlif qalereya, muzey və mədəni mərkəzlər fəaliyyət göstərəcək. Binadan, həmçinin turizmin inkişafı məqsədilə istifadə ediləcək.

Femida.az

Açar sözlər: Karvansaray   Təmir  

Oxunub: 969


Oxşar xəbərlər