Bu şəxslərin hərbi biletləri dəyişdirildi


15:03     16 Yanvar 2018 2018/01/herbi_bilet_0254_1516086571.jpg

Azərbaycanda "Ehtiyatda olan zabitin hərbi biletinin forması" dəyişdirilib.



Femida.az xəbər verir ki, bununla bağlı "Hərbi biletlərin formasının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 375 nömrəli qərarında dəyişikliklər edilib.

"Ehtiyatda olan zabitin hərbi biletinin iç üzü"ndə:

1.1. "HƏRBİ BİLET" hissəsində "AR SHXÇDX-nin __________________________idarəsi (şöbə və ya bölməsi)" sözləri "_______________________" sözləri ilə əvəz edilsin; (hərbi bileti verən orqanın adı)

1.2. 11-ci və 12-ci bəndlərdə "SHXÇDX-nin __________idarəsi (şöbə və ya bölməsi)" sözləri "__________________________" sözləri ilə əvəz edilsin; (hərbi bileti verən orqanın adı)

1.3. XI bölmə üzrə:

1.3.1. 2-ci bənddə "SHXÇDX-nin rayon və şəhər idarələrinə (şöbə və ya bölmələrinə)" sözləri "hərbi bileti verən orqana" sözləri ilə əvəz edilsin;

ADVERTISING

www.bakcell.com

Learn More
Native Video by Adributor

1.3.2. 3-cü bənddən "yaşayış və ya olduqları yer üzrə SHXÇDX-nin idarələrində (şöbə və ya bölmələrində)" sözləri çıxarılsın;

1.3.3. 7-ci bənddə "yer üzrə SHXÇDX-nin rayon və şəhər idarə (şöbə və ya bölmə) rəisinə" sözləri "orqana" sözü ilə əvəz edilsin;

1.4. hərbi biletin formasının sonuna aşağıdakı məzmunda "Qeyd" əlavə edilsin:

"Qeyd. Ehtiyatda olan zabitin hərbi biletində "hərbi bileti verən orqan" dedikdə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş zabitlərə münasibətdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən ehtiyata keçirilmiş zabitlərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, digər zabitlərə münasibətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri nəzərdə tutulur."

Femida.az

Açar sözlər: Hərbi   Qərar  

Oxunub: 5679