"Şahbaz Quliyevdən xəbər yoxdur" - Kəlbəcər girovunun qardaşı
15:46 16 Yanvar 2018
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyevdən bir aydan çoxdur ki, xəbər yoxdur.
Femida.az xəbər verir ki, bunu AzVision.az-a girovun qardaşı İlham Quliyev deyib. Onun sözlərinə görə, Şahbazın ailəsi girovun durumundan narahatdır.
“Bir aydan çoxdur qardaşımdan məlumat ala bilmirik. Heç kim bir söz demir. Qızıl Xaç Komitəsinə də müraciət edəndə deyirlər ki, gözləyin, özləri bizə məlumat verəcək. Biz də gözləyirik, amma heç bir məlumat verilmir”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Femida.az
Oxunub: 652
Oxşar xəbərlər
- Pərviz Şahbazov İGB-nin açılışında iştirak edəcək
- Pərviz Şahbazov: “Azərbaycan Türkiyə və Avropaya qaz tədarükünü artırmağı planlaşdırır”
- Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi - SƏRƏNCAM
- Şahbaz Quliyevin anası vəfat etdi
- Şahbaz Quliyev: “Hər gecə əlindəki dəyənəyi belimizdə qırırdı”
- Dilqəm və Şahbaz erməni əsirliyində baş verənlərdən danışdı
- Dilqəm Əsgərov və Şahbaz Quliyev evə buraxılır
- Ailələri Dilqəm və Şahbazın evə qayıtmasını gözləyir
- Şahbaz Quliyev, Dilqəm Əsgərov və daha 12 nəfər vətənə gətirildi - RƏSMİ
- Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad edildi - Bakıdadırlar