Gimnastımız bürünc medal qazandı


15:59     16 Yanvar 2018 2018/01/617094_1516089718.jpg

12-15 yanvar tarixlərində Oslo şəhərində (Norveç) bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.


Femida.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışlarda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyasında təmsil olunub. Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lentlə göstərərək 4-cü yerdə qərarlaşıb. Komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışına görə 5-ci olub.

Turnirdə hesabımıza yeganə medalı böyüklər arasında çıxış edən Dərya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında yalnız Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.

Femida.az

Açar sözlər: Gimnastımız   Bürünc   Medal  

Oxunub: 605