Paytaxtda ağır qəza - 2 piyada öldü


16:07     16 Yanvar 2018 piyada2.jpg

Bakıda iki nəfəri maşın vuraraq öldürüb



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 15-də saat 18 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Şahvələd Allahyarov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Zamiq Babayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.


Digər hadisə isə elə həmin gün saat 21 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində baş verib. Şirvan şəhər sakini Mirceyhun Hüseynli idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Ruhuyə Abdullayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Bakı   Piyada  

Oxunub: 1862