Məmmədyarov və Nalbandyan Polşada görüşəcək


16:14     16 Yanvar 2018 xin%20nalbadyan2.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.


Azərbaycan Xarici İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Femida.az

Açar sözlər: Nalbandyan   XİN   Məmmədyarov  

Oxunub: 644