“ASAN xidmət” Monteneqro mətbuatında
16:33 16 Yanvar 2018
Monteneqronun nüfuzlu CdM informasiya portalında “Dövlət idarəçiliyi çox geniş sahədir, optimallaşdırması zəruridir” adlı məqalədə Azərbaycan brendi “ASAN xidmət”dən bəhs olunub.
“ASAN xidmətdən Femida.az-a verilən xəbərə görə, Monteneqronun Dövlət İdarəçiliyi naziri xanım Suzana Pribiloviç CdM informasiya portalına verdiyi müsahibəsində qeyd edib ki, Nazirlik elektron hökumət portalının təkmilləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək, eləcə də Monteneqroda ən yaxşı dünya təcrübələrinə uyğun olan vahid məkan prinsipinin tətbiq olunması bu fəaliyyətə daxildir. Suzana Pribiloviç “ASAN xidmət” təcrübəsinə də toxunub:
“Mən şadam ki, dövlət xidmətlərinin çatdırılması sahəsində biz Azərbaycan modelindən istifadə edəcəyik. Orada olarkən BMT tərəfindən tanınan və mükafata layiq görülmüş model ilə şəxsən tanış olmaq şansım da oldu. Bu sistemin xususiyyəti vətəndaşın hər şeydən üstün olduğunu vurğulamasıdır ki, bu da bizim nail olmaq istədiyimiz bir məqamdır”.
Xatırladaq ki, 4 – 5 iyul 2017-ci il tarixində Monteneqronun Dövlət İdarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub. Səfərin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi “ASAN xidmət” modelinin Monteneqroda tətbiq edilməsi imkanları, qarşılıqlı əməkdaşlığın müzakirə edilməsi olub.
Səfər çərçivəsində Monteneqronun Dövlət İdarəçiliyi naziri xanım Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmətin fəaliyyəti ilə yaxından tanış olub.
4 dekabr 2017-ci il tarixində isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında Monteneqroda dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi məqsədini daşıyan Anlaşma Memorandumu imzalanıb.
Xəbərə keçid: https://www.cdm.me/politika/pribilovic-za-cdm-javna-uprava-je-prekobrojna-potrebna-optimizacija/
Femida.az
Oxunub: 528
Oxşar xəbərlər
- Galaxy Z Fold4 həyatımızı necə asanlaşdırır?
- ABŞ-ın dövlət katibi: "Türkiyəyə silah satışı asanlaşdırılmalıdır"
- Qaçırılan "ASAN Xidmət" əməkdaşı tapıldı
- Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Özünü həbsxanada asan Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü
- Türkiyədə vətəndaşlıq almaq asanlaşdırılıb
- İstintaqı yekunlaşan cinayət işlərinin sayı açıqlanıb
- İsrailə girişin şərtləri asanlaşdırıldı
- Hulusi Akar: "Terror təşkilatlarında ciddi çöküş yaşanır"