Erməni generalın oğlu yol qəzasında öldü


18:16     16 Yanvar 2018 qeza_yeni.jpg

Bu gün səhər saatlarında Ermənistan paytaxtı İrəvanda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, Myasnikyan prospektində “KİO Sorento” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq Hetar çayına düşüb.

Avtomobilin sürücüsü R.Qalstyan hadisə yerində ölüb. Sərnişin A.Ter-Qriqoryan isə xəstəxanaya çatdırılıb. Ermənistan istintaq Komitəsi faktla bağlı araşdırmalara başlayıb.

Qəza nəticəsində ölən şəxsin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyanın oğlu Robert Qalstyan olduğu bildirilib.

Femida.az

Açar sözlər: Ermənistan   İrəvan   Qəza   General  

Oxunub: 613