“Teleqüllə” yaxınlığında təhlükə böyüyür
18:31 16 Yanvar 2018
Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində son vəziyyət açıqlanıb.
Femida.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, “Teleqüllə” yaxınlığında sürüşmə sahəsi aktivləşib.
Onun sözlərinə görə, həm torpaq qatında, həm də istinad divarında çatların ölçüləri genişlənib.
“Bütün istinad divarı boyunca 15-20 santimetr ölçüsündə çatlar əmələ gəlib. Torpaq qatında elə yer var ki, çatların eni 1 metrə, dərinliyi 6-7 metrə çatır. Bundan əlavə, torpaq qatında müxtəlif istiqamətli çoxsaylı çatlar əmələ gəlib. Biz hazırla onların üzərində müşahidələr aparırıq”, – deyə ekspedisiya rəisi qeyd edib.
Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.
Femida.az
Oxunub: 1045
Oxşar xəbərlər
- Kiyevdə teleqüllə vurulub, ölənlər və yaralananlar var
- Ankara teleqülləsi Azərbaycan bayrağının rənglərinə boyandı
- Teleqüllə ətrafında yeni təhlükə
- Bakıda yeni teleqüllə istifadəyə verilib
- “Teleqüllə” sürüşməsi və “Buxta küçəsi”ndəki vəziyyəti açıqlandı
- "Teleqüllə"nin ətrafında vəziyyət nə yerdədir? - SON MƏLUMAT
- Teleqülləyə ildırım düşdü (VİDEO)
- Teleqüllə yaxınlığında yeni cihazlar quraşdırılacaq
- Teleqüllə yaxınlığında 12 metr dərinliyində çatlar yaranıb - SON VƏZİYYƏT
- "Teleqüllə"nin ətrafındakı sürüşmə ilə bağlı SON XƏBƏR