“Teleqüllə” yaxınlığında təhlükə böyüyür


18:31     16 Yanvar 2018 telequlle.jpg

Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində son vəziyyət açıqlanıb.


Femida.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, “Teleqüllə” yaxınlığında sürüşmə sahəsi aktivləşib.

Onun sözlərinə görə, həm torpaq qatında, həm də istinad divarında çatların ölçüləri genişlənib.

“Bütün istinad divarı boyunca 15-20 santimetr ölçüsündə çatlar əmələ gəlib. Torpaq qatında elə yer var ki, çatların eni 1 metrə, dərinliyi 6-7 metrə çatır. Bundan əlavə, torpaq qatında müxtəlif istiqamətli çoxsaylı çatlar əmələ gəlib. Biz hazırla onların üzərində müşahidələr aparırıq”, – deyə ekspedisiya rəisi qeyd edib.

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.

Femida.az

Açar sözlər: Teleqüllə   Sürüşmə  

Oxunub: 1044