Şamaxıda vulkan püskürüb
18:59 16 Yanvar 2018
Şamaxı rayonunda palçıq vulkanı püskürür.
Femida.az-ın xəbərinə görə, vulkan gecə saat 1:00 radələrində rayonun Quşçu kəndində püskürməyə başlayıb və proses hazırda davam edir.
Kənd sakini Adəm Yusifov APA-ya bildirib ki, insanlar gecə vulkanın gurultu səsinə oyanıb: “Vulkan püskürməsi zamanı yerin altından xaric olan məhsullar təxminən 10 metr hündürlüyə qalxaraq 1.5 hektara yaxın əraziyə yayılıb. Hazırda vulkanın qaynamaları və palçıq axını davam edir. Ərazidən qaz iyi gəlir. Bu vulkan sonuncu dəfə 2005-ci ildə püskürmüşdü”.
Qeyd edək ki, vulkanın püskürdüyü ərazidən 20-30 mert aralıda Quşçu kəndinin sakinlərinə məxsus 15-ə yaxın ev var. Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.
Femida.az
Oxunub: 972
Oxşar xəbərlər
- İndoneziyada vulkan püskürməsi nəticəsində 13 nəfər həlak olub
- Xəzərdəki vulkan zonasında tədqiqat aparmaq qeyri-mümkündür
- Vulkan nəticəsində heç bir insan təlafatı və yaralanma qeydə alınmayıb
- Xəzərdəki vulkan sonuncu dəfə 1945-ci ildə püskürüb
- FHN vulkanın baş verdiyi yerdən görüntülər yaydı - VİDEO
- Nazirlik: Palçıq vulkanının kraterində kiçik alov müşahidə olunur
- Nazirlikdən vulkan püskürməsi ilə bağlı açıqlama
- Azərbaycanda palçıq vulkanı püskürüb
- Azərbaycanda ilk dəfə palçıq vulkanlarının püskürmə dərinliyi araşdırılıb
- Yaponiyada Asama vulkanı püskürməyə başladı