Daha bir publik hüquqi şəxs qeydiyyata alınıb
19:11 16 Yanvar 2018
Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr sektorundan Femida.az-a verilən xəbərə görə, fərmana əsasən agentliyin Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə və agentliyin özünə həvalə olunub.
Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 4 milyon manat təşkil edir. Agentliyin Nizamnaməsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin məqsədi və istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları və digər məsələlər əksini tapıb.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi qeydiyyata alınıb.
Femida.az
Oxunub: 749
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Ukrayna Baş Qərargahı: "Rusiyanın daha 200 hərbçisi məhv edilib"
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- "Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
- Yol qəzalarında daha 3 nəfər ölüb
- Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib
- Quba sakini arvadını və daha üç qohumunu bıçaqlayıb