Nizami RPŞ-də qan tökülməyibmiş


19:09     07 May 2015 qetl_qan_el_sekli_00.jpg

Bakının polis idarəsində qan tökülüb?


Bu gün mediada Nizami Rayon Polis İdarəsində (RPİ) saxlanılan 33 yaşlı Fərid Axundov özünü bıçaqlaması ilə bağlı məlumat yayılıb. Yaralının Polis əməkdaşları tərəfindən yaxınlıqdakı xəstəxanaya çatdırılaraq əməliyyat olunduğu bildirilib. Özünə xəsarət yetirən şəxsin narkotik aludəçisi olduğu, polis əməliyyatı zamanı ələ keçərək idarəyə aparılanda özünə bıçaqla xəsarət yetirdiyi deyilir.

Faktla bağlı DİN-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, belə bir hadisə olsa, Nizami RPİ-dən nazirliyə məlumat verilməli idi.
Nizami RPİ-nin növbətçi hissəsi isə Fərid Axundov adlı məhkumun özünə xəsarət yetirməsi ilə bağlı məlumatı təsdiqləmədi.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1028