“Tarqovı”da oğurluq kameraya düşdü

18:35     16 Yanvar 2018 polis.jpg

Bakıda tanınmış supermarektdən bahalı içki oğurlanıb.


Femida.az -ın verdiyi xəbərə görə, hadisə “Tarqovı”da yerləşən “Kontinental Supermarket”də baş verib. Mağazanın müdiri Rza Rzayev polisə müraciət edərək bildirib ki, yanvarın 15-də saat 18 radələrində mağazadan dəyəri 680 manat olan bir ədə viski içkisi oğurlanıb. Naməlum şəxsin içkini oğurladığı anlar müşahidə kamerasına düşüb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər: İçki   Oğurluq    

Oxunub: 149