Usta təmir zamanı 5-ci mərtəbədən yerə yıxılıb

Usta təmir zamanı 5-ci mərtəbədən yerə yıxılıb


22:58     16 Yanvar 2018 6_xestexana8.jpg

Şamaxı rayonunda usta təmir zamanı 5-ci mərtəbədən yerə yıxılıb.


Femida.az -ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Pirqulu qəsəbəsində baş verib.

Belə ki, qəsəbə ərazisində yerləşən beşmərtəbəli binanın dam örtüyünü təmir edən, Ağsu rayonunun Bozavand sakini, 1980-cı il təvəllüdlü Ramil Babazər oğlu Hüseynov hündürlükdən yıxılaraq yerə çırpılıb. Ağır bədən xəsarətləri alan yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, R.Hüseynov açıq kəllə-beyin travması, kəllə sümüyünün çoxsaylı sınığı və travmatik şok diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır. Yaralının müalicəsi üçün Bakı şəhərindən həkim briqadası dəvət olunub.

Faktla bağlı araşdırmalara başlanlıb.

Femida.az

Açar sözlər: Usta   Qəza   Femida.az    

Oxunub: 398