Usta 5-ci mərtəbədən yıxıldı - Şamaxıda FACİƏ


21:57     16 Yanvar 2018 fehle-yixildi.jpg


Şamaxı rayonunda usta təmir zamanı 5-ci mərtəbədən yerə yıxılıb.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirqulu qəsəbəsində baş verib.

Belə ki, qəsəbə ərazisində yerləşən beşmərtəbəli binanın dam örtüyünü təmir edən, Ağsu rayonunun Bozavand kənd sakini, 1980-ci il təvəllüdlü Ramil Babazər oğlu Hüseynov hündürlükdən yıxılaraq yerə çırpılıb. Ağır bədən xəsarətləri alan yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, R.Hüseynov açıq kəllə-beyin travması, kəllə sümüyünün çoxsaylı sınığı və travmatik şok diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır. Yaralının müalicəsi üçün Bakı şəhərindən həkim briqadası dəvət olunub.

Faktla bağlı araşdırmalara başlanlıb.

Femida.az

Açar sözlər: Şamaxı   usta   qəza   femida.az  

Oxunub: 938