"Ağıllı istixana" yaradıldı - Azərbaycanda
02:44 17 Yanvar 2018
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri "ağıllı istixana" yaradıb.
Femida.az bildirir ki, bunu Trend-ə layihəyə yaxın olan Rusif Hüseynov deyib.
Onun sözlərinə görə, layihə funksionallığına görə xarici analoqlarını üstələyir və tərəvəzlərin istixana təsərrüfatında yetişdirilməsi prosesinin tam avtomatlaşdırılmasını nəzərdə tutur: "Tələbələr tərəfindən istifadədə sadə və etibarlı sistem yaradılıb. Bu gün azərbaycanlı sahibkarları bu cür qurğuları Almaniya və Niderlanddan ixrac edir. Tələbələrimiz tərəfindən yaradılan layihə isə heç də onlardan geri qalmır. Biz "ağıllı istixana" layihəsini Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmək niyyətindəyik".
"Ağıllı istixana" istixanalarda iqlimə avtomatik nəzarət etməyə imkan verir və hava dəyişikliyinin bitkilərə təsirinin qarşısını alır.
Femida.az
Oxunub: 775
Oxşar xəbərlər
- İstixanada narkotik yetişdirən Saatlı sakini saxlanılıb
- "Azəriqaz": "İstixanaların qaza olan borcunu silə bilmərik"
- Bakıda istixananada yanğın olub
- Hacıqabulda istixanada yanğın olub
- "Azəriqaz" istixana sahiblərinə güzəşt edəcək
- İstixanada pomidor yerinə çətənə əkənlər tutuldu - FOTO+VİDEO
- Bakıda istixanada sahibkar və 22 nəfər cərimələndi
- İstixanada marixuana əkən şəxs saxlanılıb
- Maştağada istixanada narkotik bitkilər əkib-becərən saxlanıldı
- “Azəriqaz”ın baş direktoru narazı istixana sahibləri ilə görüşüb