Nazir: Azərbaycan enerji sahəsində Bolqarıstanın strateji tərəfdaşıdır
02:20 17 Yanvar 2018
Azərbaycan enerji sahəsində Bolqarıstanın strateji tərəfdaşıdır.
Femida.az xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Temenujka Petkova deyib.
Nazir qeyd edib ki, hazırda "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan Yunanıstan-Bolqarıstan interkonnektoru kimi vacib birgə layihə üzərində iş gedir: "Bu layihə ilə bir milyard kubmetr həcmində Azərbaycan qazı nəql olunacaq".
Onun sözlərinə görə, Azərbaycanla Bolqarıstan arasında münasibətlər, xüsusilə enerji sahəsində çox vacib və intensivdir: "Bolqarıstanın Baş naziri Boyko Borisovla Azərbaycan Prezidenti İlham Əliyev arasında ötən gün keçirilmiş danışıqlar zamanı enerji məsələsi vacib yer tutub. SOCAR-dan olan həmkarlarımızın Bolqarıstan ərazisində qazpaylayıcılıq fəaliyyətində iştirakı üçün normativ sənədlər barədə tədqiqatın aparılması ilə bağlı məsələ müzakirə olundu. Hesab edirəm ki, bu, odun və kömür istifadə edən qızdırıcıların istifadəsi nəticəsində hava çirklənməsi məsələsinin həll olunması üçün əla imkandır".
Femida.az
Oxunub: 511
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"