Elə asqırdı, boğazı cırıldı


00:14     17 Yanvar 2018 2018/01/550574_1516119559.jpg

Böyük Britaniya sakini asqırmamaq üçün etdiyi uğursuz cəhddən sonra xəstəxanaya yerləşdirilib.



Femida.az xəbər verir ki, 34 yaşlı şəxs asqırıq zamanı ağzını və burnunu sıx örtüb və boynunda nəyinsə partladığını hiss edib.

Xəstəxanada həyata keçirilən müayinə nəticəsində həkimlər həmin şəxsin boğaz divarının parçalandığını müəyyən ediblər.

O, xəstəxanaya yerləşdirilib və bir neçə gün ərzində yalnız mədə zondu vasitəsilə qidalanıb.

İki həftəyə yaxın müddətdən sonra xəstə evə buraxılıb və ona asqırma zamanı burnunun tutmamaq məsləhət görülüb.

Qeyd edək ki, eyni hadisə ötən il də baş vermişdi. Belə ki, sakini Monika Ceffrey adlı xanım çarpayıda uzandığı yerdə güclü asqırdığı üçün eyni anda iki boyun fəqərəsini zədələmişdi. Qadın 14 gün boyun hərəkətlərini məhdudlaşdıran xüsusi fiksatorla gəzib.

Femida.az

Açar sözlər: Asqırmaq   Boğaz   Zədələnib   Xəstəxana  

Oxunub: 1329


Oxşar xəbərlər