Salyanda inkubator sexi kül oldu


00:36     17 Yanvar 2018 yangin96.jpg

Bu gün Salyan rayonunun Yuxarı Xalac kəndində yanğın olub.


Femida.az xəbər verir ki, kənd sakini Nazim Orucova məxsus inkubator sexində qəfil yanğın baş verib. Yanğın nəticəsində inkubator avadanlıqları və tikililər yanaraq yararsız vəziyyətə düşüb.

Yanğın, hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən lokallaşdırılıb və onun hansı səbəbdən törənməsi barədə araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər: Yanğın   FHN   İnkubator  

Oxunub: 499