Türkiyə Suriya sərhədinə əlavə tanklar yerləşdirdi


01:09     17 Yanvar 2018 suriya2.jpg

Türkiyə Suriya sərhədi yaxınlığında əlavə 10 tank yerləşdirib.


Femida.az-ın “Haber Turk”ə istinadən verdiyi xəbərə görə, tanklar Ankaradan göndərilib. Məlumata görə, gün ərzində daha bir neçə döyüş maşının göndəriləcəyi bildirilir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bundan əvvəl həftə ərzində Suriyanın Mənbic və Afrin bölgələrində YPG qüvvələrinə qarşı əməliyyat keçirə biləcəyini bəyan edib.


R.T. Ərdoğan daha sonra ABŞ-ın Suriyanın şimalında “sərhəd təhlükəsizliyi qüvvələri” yaratmaq planının Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaratdığını bildirib.

Femida.az

Açar sözlər: Türkiyə   Suriya   Tank  

Oxunub: 935