Şəmkirdə şok İNTİHAR - Bıçağı öz ürəyinə soxdu


01:20     17 Yanvar 2018 bicaqlayib33.jpg

Şəmkirdə 20 yaşlı gənc özünü bıçaqlayaraq intihar edib.


Femida.az-ın məlumatına görə, hadisə rayonun Zəyəm Cırdaxan kəndində baş verib. Kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Tural Sakit oğlu yaşadığı evdə bıçaqla ürək nahiyəsinə bir zərbə vurub. Qan itirən gənc dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər: Şəmkir   Bıçaq   İntihar  

Oxunub: 2441