Bakıda yanğın - Azyaşlı zəhərləndi, 2 nəfər təxliyə edildi


13:14     17 Yanvar 2018 zeherlenme13.jpg

Bakıda yanğın hadisəsi baş verib.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 97 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin yanar konstruksiyaları 28 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib və 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: Yanğın   Zəhərlənmə  

Oxunub: 614