Anar Allahverənovun atası faciəli şəkildə öldü
13:30 17 Yanvar 2018
Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun atası yol qəzası nəticəsində ölüb.
Femida.az APA-ya istinadən xəbər verir ki, bu barədə Allahverənovlar ailəsinin vəkili Konstantin Lısenko bildirib. Məlumata görə, Anar Allahverənovun atası yolu keçərkən yüksək sürətlə hərəkətdə olan avtomobil onu vurub. Güclü zərbədən 59 yaşlı piyadanın bədəni parçalanıb. Sürücü hadisə yerindən qaçmayıb. Bəzi yerli KİV-lər hadisənin qəsdən törədildiyini iddia edir.
“Müdafiə etdiyim şəxsin atası yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. O, mənim ofisimə yox, yaxınlıqda yerləşən öz iş yerinə gedirmiş. Bu gün dəfn olunacaq. Anar dəfndə iştirak etməyəcək, buna qanun icazə vermir”, - deyə vəkil Lısenko bildirib.
Vəkil Anar Allahverənovun atasının ünvanına 2017-ci il ərzində çoxlu sayda hədələrin gəldiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.
Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər. Anar Allahverənovun maraqlarını məhkəmədə 3 vəkil təmsil edir.
Femida.az
Oxunub: 2847
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib