Xızıda sürücülər arasında dava - Ölən var


14:03     17 Yanvar 2018 aabicaq25.jpg

Bu gün səhər saatlarında Xızı rayonunda qətl hadisəsi qeydə alınıb.


Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, Xızının Giləzi qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cəfərov Vaqif Süleyman oğlunun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə 1977-ci il təvəllüdlü Məmmədov Qabil Abil oğlunun idarə etdiyi “VAZ 21 06” markalı maşın toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Nəticədə Q. Məmmədov V. Cəfərovu sinəsindən bıçaqlayaraq öldürüb.

Hadisədən sonra V. Cəfərov qaçıb.

Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: Qətl   Sürücü   Femida.az    

Oxunub: 831