63 ölkə ilə ticarət əməliyyatları aparılıb - Naxçıvanda

10:05     17 Yanvar 2018 2018/01/naxcivan-gomruk_1516169341.jpeg

Büdcənin formalaşdırılması istiqamətində 2017-ci il üçün müəyyən olunmuş 7 milyon 500 min manatlıq proqnoz tapşırığa 101,07 faiz əməl olunub.



Femida.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov deyib.

Komitə sədri bildirib ki, gömrük orqanları tərəfindən hesabat dövrü ərzində büdcəyə köçürülmüş vergi və rüsumlar Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 8,37 faizini təşkil edib.

Qeyd olunub ki, hesabat dövründə 63 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi 1 faiz artıb.

2017-ciildə gömrük orqanları tərəfindən qaçaqmalçılığa qarşı mübarizə istiqamətində də səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Hüquqpozma hallarının qarşısının alınması istiqamətində il ərzində aşkarlanmış dörd cinayət faktının üçü narkotik qaçaqmalçılığı ilə bağlı olub.

İl ərzində gömrük qaydalarının pozulmasına görə inzibati qaydada 778 icraat aparılıb və 50 min 502 manat cərimə ödənişi təmin olunub.

Femida.az

Açar sözlər: Naxçıvan   Büdcə  

Oxunub: 318