"Laqonda" ilə qolunu doğradı - Tovuzda bədbəxt hadisə


14:10     17 Yanvar 2018 2018/01/laqonda_27476_1516169596.jpg

Tovuz rayonunda 27 yaşlı kişi qolunu doğrayıb.


Məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Teymur Məzahir oğlu həyətlərində işləyərkən ehtiyatsızlıqdan "laqonda" ilə qolunu doğrayıb. Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və yardım olunub.

Femida.az

Açar sözlər: Tovuz   Laqonda  

Oxunub: 1741