305 vəzifəli şəxsə cinayət işi açılıb
14:34 17 Yanvar 2018
Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Femida.az-ın xəbərinə görə, bunu baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2017-ci ildə görülən işlərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, məhkəmələrə göndərilən 305 şəхs bаrəsində 214 cinayət işindən 127 şəxs barəsində 83 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 35 şəxs barəsində 25 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində 7 iş rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində 11 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində 7 iş vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.
"2017-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş Prokuror Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib"-deyən Kamran Əliyev bildirib ki, ötən il 20 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 54-cü maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək, baxılması üçün aidiyyəti üzrə dövlət orqanlarına göndərilib.
K.Əliyev vurğulayıb ki, araşdırmalar nəticəsində yol verilən qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə göndərilən 88 təqdimat nəticəsində 53 vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi təmin olunub.
Femida.az
Oxunub: 689
Oxşar xəbərlər
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Azərbaycanda 10 vəzifəli şəxsə cinayət işi başlanılıb, həbs edilənlər var - SİYAHI
- Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs cərimələnib
- Bu rayonlarda da vəzifəli şəxslər saxlanıldı - Növbəti əməliyyat
- Azərbaycanda vəzifəli şəxslər həbs edilib
- Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına buraxılıb
- AQTA-nın keçmiş vəzifəli əməkdaşına hökm oxunub