Ötən günün kriminal statistikası - 126 cinayət


14:41     17 Yanvar 2018 cinayet%20tutul%20azadliq%20ogur.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 16-da sutka ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 24-nün üstü "isti izlər"lə açılıb.


DİN-dən Femida.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.


Femida.az

Açar sözlər: Kriminal   Xraonika   Cinayət  

Oxunub: 630